Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Fəryad-2"nin premyerası olacaq - VİDEO

Rejissor Vaqif Mustafayevin "Həyat deyəsən gözəldir" filminin premyerası olacaq.

Premyera 1-5 noyabrda Türkiyədə keçiriləcək "Qorqud Ata" Türk Dünyası Beynəlxalq Film Festivalında baş tutacaq. Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan filmin çəkilişləri Hadrut, Xızı, Bakı və Abşeronda aparılıb.

Film erməni işğalçılarının 30 ilə yaxın müddətdə talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsində Zəfərimizdən bəhs edir. İlkin işçi adı “Fəryad 2” olan filmin ssenari müəllifi və quruluşçu rejissoru Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri isə Fariz Əhmədovdur. Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər. (realtv)

https://www.youtube.com/watch?v=_IH9TpWT864&t=55s