Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fərrux kəndində insan qalıqları aşkarlanıb - FOTO/VİDEO

Xocalı rayonunun Fərrux kəndi ərazisində insan meyitlərinin qalıqları aşkarlanıb.

Qalıqlar Azərbaycanın birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş vətəndaşlarına aiddir.

Qeyd edək ki, insan qalıqlarını Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndindəki mövqelərdə qazıntı işləri apararkən aşkarlayıblar.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb.