Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fərid İsmayılov "Toplum TV" işi ilə bağlı həbs edilib

Jurnalist Fərid İsmayılov saxlanılıb

Vəkil Zibeydə Sadıqova bildirib ki, Xətai Rayon Məhkəməsi Fərid İsmayılov barəsində 2 ay 20 gün - aprelin 6-dək həbs qətimkan tədbiri seçib.

İstintaq İsmayılovun həbsini ittihamın ağırlaşdırırılması və jurnalistin  polis nəzarəti qətimkan tədbirinin şərtlərinə əməl etməməsi əsaslandırıb. Onun guya polisə xəbər vermədən rayonlara  getdiyi iddia edilir.

Lakin İsmayılov bunun doğru olmadığını, mütəmadi olaraq polisə gedib qeydiyyatdan keşdiyini deyib. O, heç bir təqsirinin  olmadığını bildirib. Bundan əlavə, onun səhhətində problemlər var.

2023-cü ildə onun üç dəfə ağ ciyərlərində əməliyyat keçirilib.

Lakin məhkəmə istintaqın vəsatətini təmin edib

Vəkil bildirib ki, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Qeyd edək ki,  Fərid İsmayılov polis nəzarətində olub.