FED bəyanat hazırlayır - Gündəmdə faiz dərəcəsidir
26 Yanvar 2022
Federal Ehtiyatlar Sisteminin (FED) iki günlük müzakirələrdən sonra bu gün günortadan sonra Mərkəzi Bankın inflyasiya ilə mübarizədə qərarlı olduğunu göstərən yeni bir bəyanat verəcəyi gözlənilir.
Şiddətli birja korreksiyası fonunda, FED rəsmilərinin mart ayından etibarən federal fondların faiz dərəcəsini sıfırdan qaldırmağa hazır olduqlarını söyləmələri gözlənilir.
Bu görüş, pandemiyadan sonra, FED-in inflyasiya ilə mübarizəsində son onillikdə ən güclü mübarizəsi olacaq.
Dekabrda istehlak qiymətləri indeksi 7% artıb, bu isə 1982-ci ildən bəri ən yüksək göstərici hesab edilir. Bildirilir ki, pandemiyanın davam etməsi və Rusiyanın Ukraynanı hərbi əməliyyatlar ilə hədələməsi ilə FED bu riskləri qəbul etməli olacaq.
Bank ekspertləri isə deyirlər ki, FED faiz dərəcələrinin artımına mart ayında baş tutacaq görüşündən dərhal sonra gedə bilər.