Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fantastik qiymətə dəbilqə - "F-35" pilotlarını öz əsirinə çevirdi - FOTO/VİDEO

ABŞ-nin "Collins Aerospace" şirkəti "F-35" qırıcı təyyarəsi pilotları üçün üçüncü nəsil dəbilqəni təqdim edib.

10 illik tərtibatdan sonra hazır olan "Genesis III" və ya "HMDS Gen 3" adlanan dəbilqə 400 000 dollar dəyərindədir.

Lakin tərtibatçılar iddia edirlər ki, qiymət özünü doğruldur, çünki bu dəbilqə təyyarəni pilot üçün sözün həqiqi mənasında şəffaf edir - onun görüntüsünü heç nə məhdudlaşdırmır.

"F-35"in xarici səthində hər tərəfdən dəbilqəyə görüntü ötürən altı kamera quraşdırılıb. Beləliklə, pilot 360 dərəcə ətrafındakı bütün məkanın birləşmiş rəqəmsal vizualizasiyasını görür. İstəyə görə idarəetmə elementlərini də şəffaf etmək, yerə qədər məkanı görmək mümkündür.

Həmçinin gövdədə infraqırmızı kameralar yerləşdirilib ki, bu da tam qaranlıqda görmə imkanı verir. Lakin görüş sahəsi məhduddur - 30 və 40 dərəcə.

Dəbilqənin inteqrasiya edilmiş hədəfləmə sistemi göz hərəkəti ilə səmada və yerdə hər hansı obyekti qeyd etməyə imkan verir.

Dəbilqə saatda 1000 km-ə qədər sürətlə katapult zamanı yüklənməyə dözür.

"HMDS Gen 3"ün əhəmiyyətli mənfi cəhəti ondan ibarətdir ki, bu, sırf fərdi məhsuldur - konkret pilotun başının 3D skanerdən keçirilməsi tələb olunur. Düzgün görüntü çıxarılmasını təmin etmək üçün gözlər arasındakı məsafə və gözlərdən vizora qədər məsafə çox diqqətlə ölçülür. Ağır (2.3 kq) dəbilqənin içərisində çox mürəkkəb avadanlıq var və onun başa ideal oturması çox vacibdir.

Dəbilqə hazırlandıqdan sonra pilot onun "girovuna" çevrilir - o, saç düzümünü dəyişə bilməz, üzü dava və ya xəstəliklərdən zərər çəkməməlidir, hətta kökəlmək olmaz.

Hər 120 gündən bir baş və dəbilqənin uyğunluğu yoxlanılır, əks halda vizualizasiya sistemlərinin etibarlı işinə zəmanət vermək mümkün deyil. (oxu.az)