Logo
news content
User
Kateqoriyalar

Xəbər

Eyfel qülləsi "söndürüləcək"

Paris meriyası bu həftə dünyada ən məşhur görməli yerlərdən biri olan Eyfel qülləsinin işıqlarının ən azı bir saat tez söndürülməsini təklif edəcək.

Bu, Avropanın Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən elektrik enerjisinin qiymətlərinin sürətlə artması ilə bağlıdır.

Hazırda Eyfel qülləsi qaranlıq düşəndən gecə saat birədək ona qızılı parlaqlıq verən mürəkəb içıqlandırma sistemilə işıqlandırılır.

Bundan başqa, qaranlıq düşəndə hər bir saat ərzində beş dəqiqə 20 min yanıb-sönən lampalar sayəsində qüllə sayrışır.

Meriyanın qüllənin son ziyarətçinin tərk etdiyi saat 23:45-də qaranlığa qərq olmasını təklif edəcəyi gözlənilir.

İşıqlanmanın qısaldılması şəhərin bütövlükdə işıqlandırılmasının azaldılması nümunəsi kimi baxılır.

"Bu, çox rəmzi jestdir, enerjiyə qənaətcil münasibət göstərilməsi zərurətinin getdikcə dərk edilməsinin artmasının bir hissəsidir", - bunu qüllə administrasiyasının rəhbəri Jan-Fransua Marten deyib.

Qüllənin gecə işıqlandırılmasına illik enerji istehlakının 4 faizi düşür.

Tikintisi 1889-cu ildə başa çatan Qülləni gündə orta hesabla 20 mindən artıq adam ziyarət edir.

Başqa şəhərlərin də hakimiyyəti mühüm obyektlərin gecə işıqlandırmasını qısaldır.

Marseldə Faro sarayı da daxil olmaqla abidələrin işıqlandırılması sentyabrın sonundan elektrik enerjisinə qənaət etmək üçün erkən söndürüləcək.

Berlində bu yay bir neçə abidənin və görməli yerlərin, o cümədən Qələbə Sütunu, keyzer Vilhelmin Xatirə kilsəsi və Yəhudi muzeyinin gecə işıqlandırılması azaldılıb.