Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əvəz Zeynallı və Elçin Sadıqov 4 ay müddətinə HƏBS EDİLDİ - YENİLƏNİB

"Xural" internet televiziyasının rəhbəri Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Binəqədi Rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baxılan iş üzrə istintaq orqanının təqdimatı təmin edilib.

 

Qərara əsasən Əvəz Zeynallı və Elçin Sadıqov Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilərək barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Əvəz Zeynallı və Elçin Sadıqov ötən gün prokurorluq orqanları tərəfindən saxlanılıb. Onların evlərində və ofislərində axtarış aparılıb.

***

Elçin Sadıqov saxlanılaraq dindirilmək üçün Baş Prokurorluğun İstintaq idarəsinə aparılıb.

Elçin Sadıqovun da ofisində və evində axtarış aparılıb. (APA)

***

Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq idarəsində saxlanılaraq dindirilir.

Bu barədə Əvəz Zeynallının dostları sosial şəbəkədə yazıblar.

İstintaq hərəkətləri çərçivəsində Əvəz Zeynallının evində və ofisində axtarış aparılıb.

Vəkil Elçin Sadıqovun isə evində axtarış aparılandan sonra vəkil olduğu ofisdə axtarış davam etdirilir.

***

"Xural" internet televiziyasının rəhbəri Əvəz Zeynallı saxlanılıb.

Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.

Hazırda istintaq hərəkətləri həyata keçirilir.

Əlavə məlumat veriləcək. (APA)

***

“Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının saxlanıldığı bildirilir.

Bu barədə aktivist İlkin Rüstəmzadə məlumat yayıb.

O qeyd edib ki, Baş Prokurorluğun əməkdaşları Əvəz Zeynallını saxlayıb və hazırda axtarış üçün onun ofisinə gedirlər.

Eyni zamanda, vəkil Elçin Sadıqov sosial şəbəkə hesabında Baş Prokurorluqdan vəkil olduğu üçün ofisinə axtarışa gəlməklə bağlı ona zəng gəldiyini yazıb.

Baş Prokurorluğun Mətbuat xidməti idarəsinin rəisi Günay Səlimzadə  faktı təsdiq edib.

"Faktla bağlı cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir.
Əlavə məlumat veriləcəkdir."

***

"Xural" internet televiziyasının rəhbəri Əvəz Zeynallının saxlanıldığı bildirilir.

Onun ofisində də axtarış aparılacağı deyilir.

İctimai fəal İlkin Rüstəmzadə də bu barədə yazıb.

Vəkil Elçin Sadıqov da sosial şəbəkədə prokurorluq orqanlarından zəng edərək, ofisində axtarışa gəldiklərini yazıb. (APA)