"EU Reporter" nəşrinin redaktoru Nik Pauel Şuşada vəfat edib
27 İyul 2024
Avropanın “EU Reporter” nəşri cümə günü siyasi redaktoru Nik Pauelin Şuşada keçirilən Qlobal Media Forumunda iştirak edərkən təbii səbəblərdən vəfat etməsi barədə məlumat yayıb.
Son dörd il ərzində Nik Pauel təkcə Avropada deyil, Ukrayna, Azərbaycan, Qazaxıstan və Banqladeşdəki problemlər haqda təhlilər yazıb.
İyulun 22-23-də Şuşada 50 ölkədən 150 qonağın iştirakı ilə keçirilən mediaforumda Azərbaycan tərəfi bir iştirakçının ölümü ilə bağlı məlumat verməyib.