Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əsir mübadiləsi - Ukrayna və Rusiya danışıqlara başladılar

Ukrayna və Rusiya nümayəndələri Kursk vilayətində əsir düşmüş hərbçilərin mübadiləsinə dair danışıqlara başlayıblar.

UNİAN xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Ukrayna hərbi kəşfiyyatı məlumatı təsdiq edib.

Bununla belə, Kursk vilayətinə daxil olarkən Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülən rusiyalı hərbçilərin dəqiq sayı açıqlanmır.

Nəşr yazıb ki, ölkələr arasında danışıqlar Kursk vilayətində 10 gün davam edən şiddətli döyüşlərdən sonra başlayıb.

Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbə bildirib ki, avqustun 14-də xüsusi təyinatlılar Kursk vilayətində 102 rus əsgərini əsir götürüb. Onların arasında Rusiya Silahlı Qüvvələrinin 488-ci qvardiya motoatıcı alayının və “Axmat” bölməsinin hərbçiləri də var.