Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Ərzurumun işğalı dövründə azərbaycanlı qardaşlarımızın yardımlarını yüksək qiymətləndiririk” - Ərdoğan

“İşğal dövründə azərbaycanlı qardaşlarımızın Ərzuruma yardımlarını yüksək qiymətləndiririk”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda yerli sakinlərlə görüşü zamanı deyib.

O xatırladıb ki, Ərzurum 1916-cı ildə işğal edilib:

"13 min ərzurumlu işğal dövründə qətlə yetirilib. Dünya ictimaiyyəti bunu görmədi. Ermənilərin həmin dövrdə törətdikləri qətliamlar unudulmayıb".

Ərdoğan, həmçinin xatırladıb ki, 2 il sonra Kazım Qara Bəkir Paşanın rəhbərliyi ilə Ərzurum işğaldan azad edilib.