Ermənistanın iqtisadiyyat naziri Qazaxıstandan Azərbaycan vasitəsilə taxıl tədarük edildiyini açıqlayıb
05 Noyabr 2025
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Qazaxıstan taxılının Azərbaycan ərazisi vasitəsilə ölkəyə tədarük edildiyini bildirib.
Bu barədə nazir özünün "Facebook" səhifəsində paylaşım edib.
"Qazaxıstan mənşəli taxıl yoldadır və yaxın günlərdə Azərbaycan ərazisindən keçərək Ermənistana çatacaq", – deyə G. Papoyan qeyd edib.
O bildirib ki, hazırda Rusiya taxılının bir hissəsi də Azərbaycan ərazisindən Ermənistana daşınır.