Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanın COP29-da iştirakı məsələsinə avqustda aydınlıq gətiriləcək

Ermənistanın baş naziri Nikol Paşinyan avqustda keçirəcəyi mətbuat konfransında ölkəsinin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakına dəvət məsələsinə toxunacaq.

Bu barədə "Hraparak" qəzetinə Ermənistan hökumətinin İnformasiya və ictimaiyyətlə əlaqələr İdarəsindən məlumat verilib.

“Biz Ermənistan baş nazirinin Bakıya gedərək COP29 konfransında iştirak edib-etməyəcəyi ilə maraqlanmışıq. Baş nazir bu mövzuya avqust ayında keçiriləcək mətbuat konfransında toxunacaq”, - məlumatda bildirilib.