Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanın Araqatsotn yeparxiyasının 13 din xadimi saxlanılıb

Araqatsotn yeparxiyasının baş məmuru Mkrtiç Proşyanla yanaşı, daha 12 din xadimi, həmçinin yeparxiyanın mühasibi, xəzinədarı və köməkçisi saxlanılıb.

Ermənistan KİV-i xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin mətbuat xidməti məlumat yayıb.

18:51

Ermənistan İstintaq Komitəsi Araqatsotn yeparxiyasının başçısı, yepiskop Mkrtiç Proşyanı həbs edib.

Bu barədə onun vəkili Ara Zoqrabyan bildirib.

Vəkilin sözlərinə görə, yepiskop əvvəlcə istintaq orqanlarına aparılıb. Ona qarşı mitinqlər keçirmək və səsvermənin nəticələrinə təsir göstərməyə cəhd etməklə bağlı ittiham irəli sürülüb.

11:39

Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının altı nümayəndəsi saxlanılıb.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

11:14

Ermənistanda güc strukturları keşiş Paren Arakelyanı saxlayıb.

Ermənistan KİV-i xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin informasiya xidmətinin direktoru, keşiş Esai Artenyan məlumat verib.

P.Arakelyan ağır cinayətlərin araşdırılması şöbəsinə aparılıb.

Bundan əlavə, II Qareginin qardaşı oğlu, Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtiç Proşyanın evində axtarış aparılıb və o özü də istintaq şöbəsinə aparılır.