Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanın 2027-ci ildə konstitusiya referendumu keçirə bilər

2027-ci ildə Ermənistanda konstitusiya referendumunun keçirilməsi planlaşdırılır.

Ermənistan KİV-i xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Qriqor Minasyan deyib.

“Bizə konstitusiya dəyişikliyi yox, yeni konstitusiya lazımdır. Biz bu məsələni müzakirə etdik və konsensusa gəldik”, - o, jurnalistlərə bildirib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan edib.