
Ermənistandakı Rusiya hərbi bazasının əsgəri özünü güllələyib
11 İyul 2025
Rusiyanın Ermənistanda 102-ci hərbi bazasının əsgəri özünü güllələyib.
Bu barədə “Factor.am” xəbər verib.
Məlumata görə, başından güllə yarası alan hərbçisi "Gümrü" tibb mərkəzinə çatdırılıb.
Tibb mərkəzindən bildirilib ki, yaralı əməliyyat olunub, reanimasiyada, koma vəziyyətindədir. Onun vəziyyəti ağır qiymətləndirilir.
"Hərbçi iyulun 10-da təxminən saat 19:00-da son dərəcə ağır vəziyyətdə çatdırılıb və o əməliyyat edilib - tibb mərkəzindən bildirilib.
“Faktor.am”ın əldə etdiyi məlumata görə, yaralı Gümrüdəki 102-ci hərbi bazanın hərbçisi, 2002-ci il təvəllüdlü Aleksey G.-dir. İlkin məlumatda bildirilir ki, Rusiya hərbçisi odlu silahla özünə xəsarət yetirib.