Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda və Gürcüstanda güclü zəlzələ: Azərbaycanda da hiss olunub

Ermənistanda və Gürcüstanda güclü zəlzələ olub. Baş verən zəlzələ Azərbaycanın Qərb rayonlarında da hiss olunub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, Ermənistanda yerli vaxtla saat 22:25-də qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələnin maqnitudası 5,9 bal olub.

Gürcüstanda da yerli vaxtla saat 22:25-də zəlzələ baş verib. Məlumata əsasən, zəlzələnin gücü 6,2 bal, episentri isə Dmanisi rayonu yaxınlığındakı Sameba kəndində olub.

Güclü yeraltı təkanlar Tbilisi, Marneuli və bir sıra digər bölgələrdə də hiss edilib.

Zəlzələ Azərbaycanda da hiss olunub. Güclü yeraltı təkanlar daha çox Gəncə şəhərində hiss edilib.

Zəlzələ Gəncə ilə yanaşı, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Daşkəsən və digər şəhərlərdə, habelə Mərkəzi Aran rayonlarında, şimal-qərb bölgəsində də hiss edilib. (Report)