Ermənistanda Rusiyaya qarşı aksiyada 100 nəfər saxlanılıb - FOTOLAR
09 Yanvar 2023
Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyada 100-dən çox adam saxlanılıb.
Etirazçılar Rusiya hərbi bazasına gedən yolu bağlayıblar.
Aksiyaçılar bildiriblər ki, Rusiya hərbçilərini “işğalçı” elan edə bilərlər. “Biz dünyaya göstərəcəyik ki, Ermənistan 102-ci baza adı ilə Rusiya qoşunları tərəfindən işğal edilib”, - Milli demokratik qütb” təşkilatının üzvü Vahe Qasparyan bildirib.
Qeyd edək ki, etiraz aksiyasını “Milli demokratik qütb” təşkilatı düzənləyib. Etirazçılar “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” və s. şüarlar səsləndiriblər.