Ermənistanda Rusiya hərbçisinin asılmış meyiti tapılıb
27 Yanvar 2025
Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci bazasının hərbçisinin asılmış meyiti aşkarlanıb.
Bu barədə Ermənistan mətbuatı xəbər verir.
Qeyd olunub ki, yerli vaxtla saat 17:20 radələrində Rusiya vətəndaşı Vitali Şevçenko polisə zəng edərək Gümrü şəhərinin Aram Xaçatryan küçəsindəki evlərdən birində asılmış meyitin tapılması barədə məlumat verib.
Polis və müstəntiqlər binadakı mənzildə Rusiyanın 102-ci bazasının hərbi qulluqçusu, 23 yaşlı Rusiya vətəndaşı Aleksey Yampolskinin meyitini aşkar ediblər.
Faktla bağlı intihar və ya intihara cəhd maddələri ilə cinayət işi açılıb. Meyitin məhkəmə-tibbi ekspertizası təyin edilib.