Ermənistanda parlament seçkilərində 2,5 milyon vətəndaş səs verəcək
17 Fevral 2026
Ermənistanda qarşıdan gələn parlament seçkilərində səsvermə hüququna 2,48 milyon vətəndaş malikdir.
Ermənistan KİV-i xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib.
Məlumata görə, ən çox seçici İrəvanda qeydiyyata alınıb - 843 278 nəfər.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri cari il iyunun 7-də keçiriləcək.