Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda kütləvi aclıq gözlənilir - Taxıl anbarları boşalıb

Ötən il Ermənistana 458,7 min ton taxıl idxal edilib ki, bunun da 349,8 min tonu ərzaq buğdasıdır.

Erməni mətbuatı xəbər verir ki, 2020-ci ildə də taxıl idxalı təxminən eyni olub, 460,4 min ton. Bunun da 350,5 min tonu ərzaq buğdasının payına düşüb.

Ancaq müharibədən əvvəlki 2019-cu ildə mənzərə tamamilə fərqli olub - taxıl idxalı 353,1 min ton, ərzaq buğdası isə 250,3 min ton təşkil edib.

Hər iki halda bu, növbəti iki illə müqayisədə təxminən 100 min ton (30%) azdır.

Göstərilən rəqəmlər 44 günlük müharibə nəticəsində Ermənistanın bu strateji məhsulda xarici bazarlardan asılılığının artmasına dəlalət edir.

Bu, müharibədən əvvəl işğal olunmuş ərazilərimizdə taxıl əkini ilə bağlıdır. Belə ki, Ermənistanda yerli istehsalın təxminən 150 min tonu işğal edilmiş ərazilərimiz hesabına təmin edilirdi.