Ermənistanda iki hərbçi minaya düşüb
28 Noyabr 2025
Ermənistanın Vardenis rayonunda iki hərbçi minaya düşərək yaralanıb.
Bu barədə Ermənistan KİV-ləri ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Onlar xidmətdən kənar şəraitdə xəsarət alıblar və həyatları üçün heç bir təhlükə yoxdur", - nazirlikdən bildirilib.