Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda II Qareginin qardaşı ev dustaqlığına buraxıldı

Ermənistanın Armavir vilayətinin məhkəməsi bütün ermənilərin katolikosu II Qareginin qardaşı və qardaşı oğlunu - Gevork Nersisyanı və Ambartsum Nersisyanı ev dustaqlığına buraxıb.

Bu barədə "Sputnik Ermənistan" xəbər verir.

Qeyd olunub ki, onlar barəsindəki qətimkan tədbiri üç ay müddətinə ev dustaqlığı, bir milyon dram (təxminən 2 500 dollar) zamin və ölkəni tərk etməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilib.

Qeyd edək ki, 3 noyabr 2025-ci ildə katolikosun qardaşı Gevorq və onun oğlu Ambartsum Nersisyan barəsində bir aylıq məhkəməyəqədər həbs qətimkan tədbiri seçilmişdi. Onlar "Respublika" Partiyasından Vaqarşapat meri vəzifəsinə namizəd Arutyun Mkrtçyanın "Facebook" paylaşımına əsasən ittiham olunublar. Mkrtçyanın sözlərinə görə, noyabrın 1-də Gevorq Nersisyan və oğlu noyabrın 16-da keçiriləcək Vaqarşapat bələdiyyə seçkisindən əvvəlki təşviqat kampaniyasına mane olublar. Bu ittiham üç ildən altı ilə qədər həbs cəzası nəzərdə tutur.