Ermənistanda hərbi hissədə hərbçinin meyiti tapılıb
19 Noyabr 2026
Noyabrın 18-də Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində müqavilə əsasında xidmət edən hərbçinin (N.B.) odlu silah yarası almış meyiti aşkarlanıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.