Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda hərbçi "qəflətən" öldü

Ermənistanda hərbi qulluqçu 1995-ci il təvəllüdlü, sıravi Atom Arutünyan avqustun 3-dən 4-nə keçən gecə qəflətən ölüb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, o, 3 aylıq hərbi təlimlərin iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır. A.Arutünyanın ölümünün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertiza təyin edilib.