Ermənistanda Gümrünün sabiq merinin oğlu həbs edilib
21 Noyabr 2025
Ermənistanda məhkəmə Gümrünün sabiq meri Vardan Qukasyanın oğlu Spartak Qukasyanın iki ay müddətinə həbs olunması barədə qərar qəbul edib.
Bu barədə Sputnik Armeniya" xəbər verir.
Daha əvvəl KİV məlumat yaymışdı ki, S.Qukasyanı bir qrup şəxs tərəfindən informasiya texnologiyalarından istifadə etməklə törədilən xuliqanlıqda şübhəli bilinir. Daha əvvəl ona qarşı şantaj işi açılmışdı. Spartak Qukasyan ev dustağı altında saxlanılırdı.
Bu gün bildirilmişdi ki, Vardan Qukasyana qarşı xuliqanlıq əlamətlərinə görə üçüncü ittiham irəli sürülüb. Vardan Qukasyan rüşvət almaqda ittiham olunur, lakin o, təqsirini qəbul etmir.