Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan yenə Aİ-dən hərbi yardım istəyib

Ermənistan Avropa Sülh Fondu çərçivəsində üçüncü "ölümcül olmayan" hərbi yardım paketi almaq məqsədilə Avropa İttifaqına müraciət edib.

Ermənistan mətbuatı xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan parlamentdə məlumat verib.

Onun sözlərinə görə, əvvəlki yardım paketi 2026-cı ilin yanvar ayında 20 milyon avro məbləğində təsdiqlənib. İlk belə yardım isə Ermənistana 2024-cü ilin iyul ayında 10 milyon avro həcmində ayrılmışdı.

İndiyədək ayrılmış yardım paketlərinin məqsədi Ermənistanın müdafiə qabiliyyətini gücləndirmək - logistika və tibbi avadanlıq, eləcə də zəruri texniki təlim təmin etmək idi.

Qeyd edək ki, Avropa Sülh Fondu 2021-ci ildə yaradılıb. Fondun dünyada münaqişələrin qarşısını almaq və ehtiyacı olan ölkələrə ölümcül olmayan hərbi yardımın tədarük edilməsi üçün yaradıldığı bildirilir.