Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan və Pakistan diplomatik əlaqələr qururlar

Bu gün Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Pakistan xarici işlər naziri Məhəmməd İshaq Dor arasında görüş keçirilib.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd olunub ki, XİN başçıları iki dövlət arasında diplomatik əlaqələrin qurulması ilə bağlı kommünike imzalayıblar.