Ermənistan Rusiyadan gələn müxtəlif malların Azərbaycandan keçməklə idxalını nəzərdən keçirir
06 Noyabr 2025
Ermənistan Rusiyadan müxtəlif malların Azərbaycan vasitəsilə dəmir yolu ilə idxalını nəzərdən keçirir.
Ermənistan mediası xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.
Paşinyan brifinqdə 90-cı illərdən bəri ilk dəfə olaraq Rusiyadan taxıl partiyasının tranzitlə idxalını şərh edərkən deyib ki, hazırda Rusiyadan müxtəlif malların idxalı üçün müraciətlər hazırlanır.