Armen Qriqoryan





Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan




"Hansı ölkənin məsuliyyət daşıdığı və nə baş verdiyi göz qabağındadır. Biz bu məsələdə Rusiya ilə işləyirik ki, dəhliz tez bir zamanda açılsın.





Mən müxalifəti də bu istiqamətdə işləməyə çağırıram ki, Rusiya öz öhdəliklərini yerinə yetirsin və Laçın dəhlizində nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini təmin etsin", - çərşənbə axşamı günü Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan parlamentin növbədənkənar iclasında deyib.





Bölgədə yerləşdirilən Rusiya sülhməramlıları kontingenti (RSK) "Ermənistan və Azərbaycan tərəfləri" ilə danışıqlar apardığını bildirib.





Bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında ötən gün yayılan rəsmi açıqlamada deyilir.










Yük maşını





Azərbaycan mediası etirazçıların olduğu ərazidən maşınların keçdiyini nümayiş etdirib




Avropa İttifaqı, ABŞ da daxil, bir sıra ölkə, habelə beynəlxalq qurumlar tərəfindən Laçın yolunun açılmasına dair çağırışlar səslənir.





Şuşa-Xankəndi yolunda RSK postu yaxınlığındakı aksiya dekabrın 12-də başlayıb. Etirazçılar RSK-nın məsuliyyət zonasındakı mədənlərə baxış keçirmək istəyən azərbaycanlı mütəxəssislərin əraziyə buraxılmasını tələb edirlər.





Laçın yolunda yaşanan gərginlik fonunda Bakı ilə Yerevan bir-birini sərhəddə atəşkəsi pozmaqda ittiham edir.





Azərbaycan o cümlədən, son günlərdə Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasında yerləşən erməni hərbçilərinin Azərbaycan hərbi mövqelərinə atəş açması ilə bağlı məlumatlar yayır. Ermənistan tərəfi bu məlumatları təkzib edir. (BBC)