Ermənistan parlamentinin sədri Azərbaycana gəlməyə hazırlaşır
26 Noyabr 2025
Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.
Ermənistan mediası xəbər verir ki, o, bunu parlamentdə jurnalistlərə açıqlamasında deyib.
"Mən uyğun bir vaxtda Azərbaycana getməyə hazıram. Həmkarımı (Sahibə Qafarovanı - red.) hər hansı bir formatda Ermənistana dəvət etmək niyyətindəyəm", - A.Simonyan bildirib.