Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

2026-cı ilin yeddi ayı ərzində Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları arasında 30 ölüm halı qeydə alınıb.

Ermənistan KİV-i xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi məlumat yayıb.

Məlumata əsasən, 30 ölüm halından 11-i rəsmi olaraq hərbi xidmətlə bağlı, 19-u isə hərbi xidmətlə bağlı olmayan hal kimi tanınıb.

Qeyd edilir ki, 2026-cı ildə hərbi qulluqçuların bütün ölüm halları qeyri-döyüş şəraitində baş verib. Cari ildə 30 hərbi qulluqçunun qeyri-döyüş şəraitində ölüm hallarının üçdəbirindən çoxunu (təxminən 37%-ni) intihar və qətl nəticəsində baş verən hallar təşkil edir.

Bununla yanaşı, səkkiz intihar halından altısı və üç qətl halından ikisi hərbi xidmətlə bağlı olan hallardır.