Ermənistan ordusunda ruhani təmsilçiliyi ləğv olunub
31 Yanvar 2026
Ermənistan ordusunda ruhani təmsilçiliyi ləğv olunub.
Ermənistan mediasının verdiyi xəbərə görə, din xadimi Psak Mkrtçyan bildirib ki, Ermənistan ordusunun ruhani təmsilçiliyi müdafiə nazirinin əmrinə əsasən ləğv edilib.
“Müdafiə nazirinin əmri ilə 20 ildən çox müddət ərzində xidmətini davam etdirən Ermənistan silahlı qüvvələrinin ruhani təmsilçiliyi ləğv edilib. Biz - dini xadimləri öz vəzifələrimizdən azad edildik”, - o qeyd edib.