Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan müxalifəti hərəkətə keçdi: Mərkəzi küçələr bağlanır...

Ermənistan müxalifəti İrəvanın mərkəzində küçələri bağlamağa başlayıb.

Parlamentin vitse-spikeri, “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyanın sözlərinə görə, saat 08:30-dan etibarən dinc aksiya keçirilir.

Məlumata görə, paytaxtın Fransa meydanında qurulmuş çadırlarda gecələyən müxalifət nümayəndələri tədricən küçələri bağlamağa hazırlaşır.

Bu arada müxalifətin bir hissəsi Koryun küçəsində yürüşə başlayıb.

Onlar daha sonra Heratsi küçəsindəki tuneli bağlayıb.

Artıq hüquq-mühafizə orqanları fəalları polis bölməsinə aparır.

Bundan başqa, Xancyan və Nalbandyan küçələri də bağlanıb.