Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan iqtisadiyyatı nə qədər böyüyüb?

Ermənistanın Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb.

Rəsmi hesabata görə, oktyabrda ümumi daxil məhsul 2021-ci ilin eyni ayına nəzərən 17,5 faiz artıb. Xidmət sahəsində artım 34,9 faiz, ticarətdə 23,1 faiz, tikintidə 15,1 faiz, sənayedə 9,7 faiz göstərilir.

İstehlak qiymətlərinin il ərzində 9,5 yüksəldiyi vurğulanır.