Ermənistan Hindistandan 600 milyon dollarlıq silah alıb
24 İyul 2024
Ermənistan Hindistan silahının ən böyük alıcısına çevrilib. Hindistanın ISDN informasiya resursunun məlumatına görə, 2024-2025-ci maliyyə ilində Ermənistanın Hindistandan silah alışının ümumi həcmi 600 milyon dollara çatıb, Ermənistan KİV bildirib.
Hindistan mənbələrinin məlumatına görə, Ermənistan Pinaka raket sistemləri, pilotsuz uçuş aparatları əleyhinə sistemlər, tank əleyhinə sistemlər və digər silahlar alıb.
Dörd Pinaka batareyasının və onlar üçün raketlərin tədarükünə dair müqavilə Yerevana 250 milyon dollara başa gəlib.
Hindistan Ermənistana tank əleyhinə raketlər və bir sıra döyüş sursatları da göndərəcək. Bundan əlavə, Yerevan dörd Swathi radarını (44 milyon dollar) alacaq. Bu radarlar artilleriya mərmilərini, minaatan minaları və reaktiv mərmilərini aşkar etmək, həmçinin onların buraxılış qurğularının və mövqelərinin dəqiq yerini müəyyən etmək üçün nəzərdə tutulub.