Ermənistan 2026-cı il büdcəsində Naxçıvana dəmir yolunun təmiri üçün vəsaiti ayırmayıb
31 Oktyabr 2025
Ermənistanın 2026-cı il dövlət büdcəsi layihəsində Yerasx qəsəbəsindən Azərbaycan sərhədinə (Naxçıvan Muxtar Respublikasına - red.) qədər uzanan dəmiryolu xəttinin təmirinə maliyyənin ayrılması nəzərdə tutulmayıb.
Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan parlament komissiyalarının iclasında nazirliyin büdcə təkliflərini təqdim edərkən bildirib.
O qeyd edib ki, regionda nəqliyyat yollarının mümkün açılması üçün dəmir yolu infrastrukturunun hazırlanmasının maliyyələşdirilməsi nəzərdə tutulmayıb.
D.Xudatyanın sözlərinə görə, Meğri regionunda infrastrukturun idarə olunması üzrə ABŞ ilə əməkdaşlığın əlaqələndirilməsinə dair məsələlər baş nazirin müavini Mqer Qriqoryanın aparatının səlahiyyətinə daxildir.