Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənilərin Vətən müharibəsində vurmağa çalışdıqları strateji obyektlərin SİYAHISI

Vətən müharibəsi dövründə qanunsuz silahlı erməni birləşmələri tərəfindən partladılması böyük dağıntılara səbəb ola biləcək mühüm obyektlərin adları açıqlanıb.

Bunu Gəncədə səfərdə olan baş prokurorun birinci müavini Elçin Məmmədov deyib.

O bildirib ki, Vətən müharibəsi zamanında qanunsuz silahlı erməni birləşmələri tərəfindən edilən təcavüzkar hücumlar yalnız mülki şəxslərin yaşadıqları məntəqələrə deyil, partladılması böyük dağıntılara səbəb ola biləcək mühüm obyektlərə də cəhd edilib:

"Belə ki, Bakı-Novorossiysk neft kəməri, Mingəçevir Su Elektrik Stansiyası (SES), Qərb İxrac Boru kəməri, Cənubi Qafqaz genişlənmiş Boru kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Qəbələ Beynəlxalq Hava Limanı da hədəfə alınmışdı".

Bundan əlavə, Elçin Məmmədov deyibki, Vətən müharibəsi zamanı Azərbaycanın şəhər və rayon ərazilərinə ümumilikdə təminən 29 100 mərmi və 227 raket atılıb.

O bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri ilə yanaşı birbaşa mülki şəxslərin qətlə yetirilməsi, xüsusi ilə külli miqdarda əmlaklara ziyan vurulması Bərdə, Ağcabədi, Goranboy və s. rayonlarda qeydə alınıb.