Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənilərin müharibə vaxtı atdığı "Smerç"in partlayıb, çoban ölüb

Yevlax rayonunda Vətən Müharibəsi dövründə ermənilərin atdığı "Smerç" tipli kasetli bombanın partlaması ölümlə nəticələnib.

Hadisə səhər saatlarında, rayonun Aran qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 26 yaşlı İsmayıl Mikayılov qoyun otararkən orada gördüyü naməlum əşyaya toxunub.

O, həmin əşyanın üzərinə çıxıb və qəfildən partlayış baş verib. İ.Mikayılov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları cəlb olunub.

Ölən şəxsin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə aparılıb.

Faktla bağlı cinayət işi başlanıb.