Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənilər Azərbaycanın Fransadakı səfirliyinə hücum ediblər - VİDEO

Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə hücum ediblər.

Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər.

Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi əks olunub.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bununla bağlı tviter hesabında yazıb: “Fransanın erməni fanatları Azərbaycanın səfirliyinə basqın edirlər. Amma gəlin erməni barbarlarını bir kənara qoyaq, cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymayan Fransaya ayıb olsun!”