Logo
news content
User
Kateqoriyalar

Xəbər

Erməni ordusunda əməliyyat - Bir neçə hərbçi saxlanıldı

Ermənistan ordusunun bir sıra hərbçiləri saxlanılıb.

Bu barədə yerli mətbuat xəbər verir.

Məlumata görə, Müdafiə Nazirliyinin Hərbi Polisi əməkdaşlarının həyata keçirdikləri genişmiqyaslı əməliyyat tədbirləri nəticəsində nazirin əmrini pozaraq, smartfon tipli telefonlardan istifadə edən, hərbi xidmətin gündəlik həyatından fotoları internetə yerləşdirən bir sıra müddətli və müqaviləli hərbi qulluqçuları müəyyən edilərək saxlanılıblar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbçilər məsuliyyətə cəlb ediliblər.

Nazirlik bildirib ki, qadağaya tabe olmayan hərbçilərin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdiriləcək.