Logo
news content
User
Kateqoriyalar

Xəbər

Erməni milyarder Qarabağa köçmək istəyir - Rusiya vətəndaşlığından imtina edir

Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etmək və Qarabağa köçmək qərarına gəlib.

Bu barədə məlumatı R.Vardanyan öz yutub kanalında paylaşıb.





Vardanyan qeyd edib ki, üzərinə hansı riskləri götürdüyünü anlayaraq Rusiya vətəndaşlığından imtina etmək və Ermənistan vətəndaşı kimi Qarabağa köçmək barədə qərar qəbul edib.




“Bu qərarı vermək mənim üçün asan olmadı, lakin belə düzgündür”, - deyə o söyləyib.

Qeyd edək ki, “Forbes” 2021-ci ildə Ruben Vardanyanın sərvətini 1 milyard dollar olaraq qiymətləndirib. O, “Troyka Dialoq” investisiya şirkətinin təsisçisi və sabiq sahibidir.