Erməni işğalı dövründə və hazırda mədənləri qanunsuz istismar edən şirkətlərin adları açıqlanıb
17 Yanvar 2023
Ermənistanın işğalı dövründə Azərbaycanda qiymətli və əlvan metal yataqlarının qanunsuz işlənməsində Ermənistan, ABŞ, Kanada, Hindistan, Rusiya və bir sıra Avropa ölkələrinin şirkətləri iştirak ediblər. Bu barədə çərşənbə axşamı brifinqdə Azərbaycan Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib.
Əsasən “Söyüdlü", "Vejnəli", "Dəmirli" və "Qızılbulaq" qızıl və mis-molibden mədənlərində qanunsuz işlər aparılıb. Bununla Kanadanın "Sterlite Gold" LTD və "First Dynesty Mines" şirkətləri, İsveçrənin "Base Metals", "Vallex Group"; Rusiyanın "Geopro Mayninq Gold Company"; İsveç və Lixtenşteyndən sahibkarların ortaq olduğu Ermənistana məxsus "Armenian Copper Programme"; ABŞ-ın "Global Gold", Hindistanın "Vedanta Resourcess"şirkətləri məşğul olublar.
2020-ci ildə 44 günlük müharibədən sonra Zəngilan və Kəlbəcər rayonlarının işğaldan azad edilməsi nəticəsində Azərbaycan “Vejnəli” və “Söyüdlü” qızıl yataqlarını geri qaytarıb.
Dekabrın əvvəlində keçmiş Mardakert rayonunda “Dəmirli” və “Soyuqbulaq” mədənlərinin monitorinqini və inventarizasiyasını təmin etmək üçün Rusiya sülhməramlıları ilə danışıqlar aparılıb. Lakin dekabrın 10-da yerli ermənilər azərbaycanlı mütəxəssisləri əraziyə buraxmayıblar, sülhməramlılar isə öz öhdəliklərini yerinə yetirməyiblər.
Bundan sonra, dekabrın 12-də Şuşa-Xankəndi yolunda azərbaycanlı ekoloqların fasiləsiz etiraz aksiyası başlayıb.