Logo
news content
User
Kateqoriyalar

Xəbər

Erməni deputat: “Bu gün düşdüyümüz vəziyyət 30 ilin aparılan yanlış siyasətin nəticəsidir”

“Bizim qiymətləndirməmiz ondan ibarətdir ki, bu gün qeydə alınan status-kvo 30 il davam edən yanlış xarici siyasətin nəticəsidir”.

Bu sözləri Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Eduard Ağacanyan parlamentin növbədənkənar iclasında deyib.

Siyasətçi vurğulayıb ki, müxalifətin sərgilədiyi mövqe Ermənistana təcrid siyasətindən xilas olmağa kömək etməyəcək.