Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğandan Suriyada antiterror əməliyyatlı xəbərdarlığı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı terrorçulara növbəti dəfə xəbərdarlıq edib.

“Anadolu” agentliyi xəbər verir ki, o, bu barədə Mersin vilayətindəki çıxışında deyib.

“Terrorçular çağırışlarımıza əməl etməsələr, uğurlu əməliyyatlarımız nəticəsində məsələni özümüz həll edərik. Artıq regionun gələcəyini bölgənin qədim xalqları müəyyənləşdirəcək”, - o bildirib.

Dövlət başçısı söyləyib ki, regiondakı yüzillik oyun pozulub: “Bölgəmizdə qardaşlıq, sabitlik təmin olunur”.

Prezidentin sözlərinə görə, rəsmi Ankara Suriyada yeni ssenarilərin qarşısını almaqda israrlıdır: “Yaxın gələcəkdə Suriyada üçdəbir hissəsini işğal edən YPG terror təşkilatının mövcudluğuna tamamilə son qoymaq üçün addımlar atacağıq”.