Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğandan Makrona: “Xanımlarımız yola gedir, amma biz səninlə yola getmirik” - VİDEO



Bu gün Praqada keçirilən “Avropa siyasi birliyi”nin sammitində qeyri-rəsmi görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronu Türk Birliyinin iclasına dəvət edib.

Türkiyə mediası xəbər verir ki, Praqada mətbuat konfransında çıxış edən Ərdoğan Makronun bununla bağlı verdiyi cavabı açıqlayıb.

“Gələcək. Elə dedi. Hansı mövsümdə gəlim deyə soruşdu. Ən sonra “G20-dən sonra gəlsəm necə olar” deyə soruşdu. Gəl dedik, amma gələndə xanımınla gəl dedik. Zarafatımızı da etdik. Xanımlar yaxşı yola gedir, amma biz səninlə yola gedə bilmirik söylədim”, - deyə Ərdoğan qeyd edib.