Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğana məruzə edildi: "Pençe-Kılıç" əməliyyatında 184 terrorçu zərərsizləşdirilib

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan milli müdafiə naziri Hulusi Akarla telefonla danışıb.

Anadolu agentliyinin xəbərinə görə, nazir Suriyanın şimalı və İraqda “Pençe-Kılıc” əməliyyatının gedişatı barədə dövlət başçısına məruzə edib.

O, bildirib ki, Türkiyə ordusu "Pençe-Kılıç" əməliyyatında 184 terrorçunu zərərsizləşdirib.

Rəcəb Tayyip Ərdoğan hərbçilərə uğur arzulayıb, müvafiq tövsiyə və tapşırıqlarını verib.