Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan və Əliyev Suriyadakı vəziyyəti müzakirə ediblər

Dekabrın 10-da Türkiyə və Azərbaycan prezidentləri Suriyadakı vəziyyəti müzakirə ediblər. Bu barədə Habertürk agentliyi Ərdoğanın ofisinə istinadən məlumat yayıb.

"Prezident Rəcəb Tayyip Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə telefon söhbətində Suriyada baş verən son hadisələri, regional və qlobal məsələləri müzakirə edib.   

Görüşdə prezident Ərdoğan Türkiyənin Suriyada daimi sabitliyin bərqərar edilməsi məqsədilə Suriya xalqına dəstəyi davam etdirəcəyini bildirib. Azərbaycan prezidenti Əliyev də Suriyadakı yeni vəziyyətlə bağlı məmnunluğuni ifadə edib", deyə məlumatda qeyd edilir.