Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan: "Suriya ilə dialoqa hazırıq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətlərin normallaşdırılması üçün Suriya ilə dialoqa hazır olduğunu təsdiqləyib.

“TRT Haber” xəbər verir ki, bunu dövlət başçısı Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasının yekunlarına dair xalqa videomüraciətində bildirib.

”Hesab edirik ki, xarici siyasət sağlam düşüncə rəhbər tutulmalıdır. Lazım olanlarla görüşməkdən imtina etməyəcəyik”, – qonşu Suriya ilə 2012-ci ildə kəsilmiş diplomatik münasibətlərin bərpası imkanlarından danışan Ərdoğan söyləyib.

Onun sözlərinə görə, Türkiyənin xarici ərazilərə iddiası yoxdur, onun prioriteti “Suriyanın ərazi bütövlüyü və milli birliyini qorumaqdır”.

Eyni zamanda o, Ankaranın ona bitişik ərazidə terror dövlətinin yaradılmasına imkan verməyəcəyini və yaranan terror təhlükəsi tamamilə aradan qaldırılana qədər tədbirlər görəcəyini vurğulayıb.