Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan Rusiyadan S-400-ləri niyə aldığını izah etdi

“ABŞ “Patriot” komplekslərini satsaydı, Türkiyə Rusiyadan S-400 hava müdafiə sistemlərini almazdı”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri həmçinin Rusiyanın hava hücumundan müdafiə sistemlərinin alınmasının ABŞ-la münasibətlərinə təsirlərindən də danışıb.

“Düşünürəm ki, buna dəyərdi... İstədiyimiz kimi müdafiəmizi gücləndirmək haqqımız var”, - deyə Ərdoğan vurğulayıb.

Eyni zamanda o, rəsmi Vaşinqton ilə münasibətləri qorumağın və gücləndirməyin lehinə olduğunu açıqlayıb.(oxu.az)