Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan: “Putin müharibənin tezliklə başa çatmasını istəyir”

“Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin mümkün qədər tez bir zamanda başa çatmasını istəyir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “PBS” telekanalına verdiyi müsahibəsində deyib.

Türkiyə lideri Ukraynadakı müharibənin nə zaman başa çata biləcəyi ilə bağlı suala cavab verərkən deyib: “İlk növbədə Rusiyanın mövqeyi çox vacibdir. Özbəkistanda Rusiya Prezidenti Vladimir Putinlə görüşdüm və onunla ətraflı danışıqlar apardıq. Rusiya lideri münaqişəni mümkün qədər tez bir zamanda başa çatdırmaq istəyini ifadə etdi”.